Azərbaycanlı investorların Abu Dabi Fond Birjasına çıxışı istiqamətində işlərə başlanılıb
Qlobal maliyyə bazarlarına inteqrasiya sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi Fond Birjasına məxsus Tabadul Rəqəmsal Platformasına qoşulmaq üçün hüquqi və texniki bazanın hazırlanması işlərinə başlanılıb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
O bildirib ki, bu strateji əməkdaşlıq ölkəmizin kapital bazarının regional və beynəlxalq likvidlik mənbələrinə çıxışını təmin edəcək, Ərəb körfəzi ölkələri və qonşu dövlətlərlə sərhədlərarası qiymətli kağız ticarətinə imkan yaradacaq, həmçinin beynəlxalq investorların Azərbaycan kapital bazarında iştirakına zəmin yaradacaq.
“Qeyd etmək istərdim ki, BFB-nin strateji inkişaf təşəbbüslərinin texnoloji – rəqəmsal həllər vasitəsilə dəstəklənməsinin də təmin edilməsi üçün texnoloji sistemlərin diaqnostikası aparılmış və ticarət sisteminin təkmilləşdirilməsi və mümkün olan tezliklə bazar iştirakçılarının texnoloji sistemlərinə inteqrasiyasının sürətləndirilməsi istiqamətində tədbirlər planı hazırlanıb və icrasına başlanıb”- Ruslan Xəlilov əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ-nin kapital bazarları arasında əməkdaşlıq əlaqəsi qurulub
AİB-in ölkə direktoru: Azərbaycanda kapital bazarının inkişafına dəstək göstərməyə hazırıq
"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək
"Bakı Fond Birjası" və "J.P.Morgan" əməkdaşlıq təşəbbüslərini müzakirə edib
"Bakı Fond Birjası" Listinq Məsləhət Proqramını yeniləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
