AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəliblər
sizinxeber.az xəbər saytı

AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəliblər


Xanım əməkdaşların peşəkar inkişafı, onların korporativ mühitdə liderlik potensialının gücləndirilməsi və qərarvermə proseslərində fəal iştirakının təşviqi AccessBank üçün prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə bankda rəhbər vəzifələrdə çalışan xanımları bir araya gətirən AccessBank Leading Women Club (AccessBank Lider Xanımlar Klubu) platforması yaradılıb.

2022-ci ildə yaradılan klub hazırda 40-dan çox rəhbər xanımı birləşdirir. Təşəbbüsün əsas məqsədi xanım əməkdaşlar arasında qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin gücləndirilməsi, komanda ruhunun inkişafı, eləcə də peşəkar şəbəkələşmənin genişləndirilməsidir.

Bu dəfə AccessBank Leading Women Club çərçivəsində bankın Müşahidə Şurasının xanım üzvləri Andrea Hagmann, Fernanda Molejon və Olga Tomaş ilə görüş (workshop) təşkil edilib. Görüş zamanı spikerlər öz peşəkar inkişaf yolları və liderlik mövqelərinə qədər keçdikləri karyera mərhələləri barədə danışıb, karyera seçimində keçdikləri mərhələlər, eləcə də qadın və peşəkar kimi aşmalı olduqları maneələr barədə iştirakçılarla bölüşdülər. Görüşün xüsusi qonağı isə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional direktoru Momina Aijazuddin olub. Görüş çərçivəsində o, mikro-maliyyə sahəsində qlobal tendensiyalar haqqında danışaraq, həmçinin maliyyə inklüzivliyi, bank sektorunda qadınların peşəkar inkişafı mövzuları ətrafında müzakirələr apardı, səslənən sualları cavablandırdı.

AccessBank-ın rəhbər xanımları görüşdə beynəlxalq səviyyədə tanınmış qadın maliyyə liderlərinin karyera inkişafı, liderlik yanaşmaları, strateji qərarvermə təcrübələri və peşəkar yüksəliş yolları ilə yaxından tanış olublar. Müzakirələr qadın liderliyin təşkilati inkişafda rolu, inklüziv idarəetmə mədəniyyətinin formalaşdırılması və gələcək liderlərin yetişdirilməsi kimi mövzuları da əhatə edib.

AccessBank qadın liderlərin inkişafına yönəlmiş bu cür təşəbbüsləri davam etdirərək bank daxilində inklüziv və dayanıqlı liderlik mədəniyyətinin gücləndirilməsini hədəfləyir.

Oxşar xəbərlər

Elgin Cümşüdov AccessBank-ın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib
AccessBank-da artıq 12 aya pulunuzun üstünə 12+0,25 faiz gəlir
“AccessBank” 22 yaşını qeyd edir
AccessBank “IT Yay Məktəbi” və “Yay Təcrübə Proqramı”nın uğurla başa çatdığını elan edib
Access2Success artıq regionlarda — "AccessBank"dan Zaqatalada qadın sahibkarlara dəstək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər