Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb
sizinxeber.az xəbər saytı

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb


Gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri 42 milyard 230 milyon manat olacaq.

Sizinxeber.az-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin açıqladığı 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində əksini tapıb.

Beləliklə, 2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib.

Oxşar xəbərlər

Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb
Azərbaycanın 2026-2029-cu illərdə icmal büdcəsinin gəlir proqnozu açıqlanıb
Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb
Azərbaycan Prezidenti gələn ilin dövlət büdcəsini təsdiqləyib
Səhiyyə xərcləri 3,8 faiz artırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər