Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun mümkün artımı açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun mümkün artımı açıqlanıb


2026-cı ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşunda 3,8 %, ortamüddətli dövrdə isə orta hesabla 3,7 % artım proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi əsas kapitala investisiyaları proqnozlaşdıran zaman neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozlarını, dövlət büdcəsinin əsaslı xərcləri üzrə Maliyyə Nazirliyinin proqnozlarını, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri üzrı investisiyaları, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 % artması hədəfini, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin və şəffaflığının yüksəldilməsini, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsini nəzərə alıb.

Oxşar xəbərlər

Növbəti il əsas kapitala investisiyaların real artımı orta illik 3% proqnozlaşdırılır
Azərbaycanda əsas kapitala investisiyalarda illik 3 % artım proqnozlaşdırılır
Azərbaycanın 2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb
Azərbaycan 2026-2029-cu illərdə icmal və dövlət büdcələrinin xərclərinə dair proqnozlarını açıqlayıb
Maliyyə Nazirliyi yaxın 4 ildə əhalinin gəlirləri və xərcləri ilə bağlı proqnozlarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər