IMF: Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığı güclüdür, amma müəyyən risklər qalır
sizinxeber.az xəbər saytı

IMF: Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığı güclüdür, amma müəyyən risklər qalır


Azərbaycanda bank sektorunun maliyyə dayanıqlığı göstəriciləri güclü olaraq qalır, lakin bəzi zəifliklər də mövcuddur.

"Sizinxeber.az-Economic" xəbər verir ki, bu barədə qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (IMF) nizamnaməsinin IV maddəsi çərçivəsində 2025-ci il üzrə yekun bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, bank sektoru ümumilikdə dayanıqlı və yetərincə kapitallaşdırılmış vəziyyətdədir: "Xüsusilə, IMF tərəfindən aparılan stress-testlərin nəticələrinə əsasən, banklar həm əsas (adi), həm də mənfi (böhran) ssenarilərində öz maliyyə mövqelərini qorumağı bacarır. Lakin bəzi banklar zəif kapital ehtiyatlarına malik olduqları üçün mənfi ssenaridə tənzimləyici minimum tələbləri poza bilərlər".

Dollarlaşma və iri depozitlər potensial risk mənbəyidir

IMF bildirib ki, Azərbaycan iqtisadiyyatında karbohidrogen sektorunun payı yüksək olduğundan, bankların depozit portfellərində iri həcmli korporativ depozitlərin çəkisi böyükdür. Bu cür depozitlər, xüsusilə də böyük şirkətlərdən gələn və iqtisadi şoklara həssas olan depozitlər, bank sistemində likvidlik riski yarada bilər.

Eyni zamanda, maliyyə dollarlaşması (yəni əhalinin və bizneslərin dollarla əmanət və kreditə üstünlük verməsi) son illərdə azalsa da, hələ də yüksək olaraq qalır. Bu isə valyuta məzənnəsindəki dəyişikliklərə qarşı bank sisteminin həssaslığını artırır.

İstehlak kreditlərinin sürətli artımı da risk yaradır

Bundan əlavə, IMF ekspertləri bildirir ki, təminatsız istehlak kreditlərinin son dövrlərdə sürətli artması dövrü (tsiklik) maliyyə risklərini artırır. Bu, xüsusilə iqtisadi artımın zəiflədiyi dövrlərdə əhalinin borc ödəniş qabiliyyətinə mənfi təsir göstərə bilər.

Oxşar xəbərlər

IMF: Azərbaycanda sistem əhəmiyyətli banklar üçün kapital tələbi sərtləşdirilməlidir
"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq
Kapital Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrini genişləndirir
AMB bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində əlavə bufer təyin edib
Azərbaycanda bankların xalis mənfəəti III rübdə 854 mln. manata çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər