IMF: Azərbaycanda inflyasiya qarşıdakı beş ildə AMB-nin hədəf diapozonunda qalacaq
sizinxeber.az xəbər saytı

IMF: Azərbaycanda inflyasiya qarşıdakı beş ildə AMB-nin hədəf diapozonunda qalacaq


Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda inflyasiyanın 2025-2029-cu illərdə Mərkəzi Bankın hədəf diapozununda (4±2%) qalacağını proqnozlaşdırıb.

"APA-Economics" xəbər verir ki, Fond 2025-ci il üzrə Azərbaycanda inflyasiyanın 5,7%, 2026-cı ildə 4,5%, 2027-2029-cu illərdə isə 4% təşkil edəcəyini müəyyən edib. Fond 2025-ci il üzrə proqnozunu əvvəlki proqnozla (2024,oktyabr) müqayisədə 0,7% bəndi artırıb.

IMF inflyasiyanın AMB-nin hədəf diapazonunda sabit qalacağı proqnozlaşdırıldığından monetar siyasəti sabit saxlamağı tövsiyə edib: Son dövrlərdə inflyasiyanın artımı, tənzimlənən qiymətlərdəki düzəlişi bir qədər əks etdirir. Hazırkı və proqnozlaşdırılan inflyasiyanı nəzərə alaraq, AMB-nin uçot dərəcəsi real mənada ümumilikdə neytral olaraq qalır. Lakin həm daxili (büdcə xərclərinin artması və güclü kredit artımından irəliləyən tələbat təzyiqləri), həm də xarici (geosiyasi gərginliklər, qlobal təchizat zəncirlərinin pozulması) inflyasiya riskləri mövcuddur. Mərkəzi Bank bu riskləri yaxından izləməli, diqqətli olmalı və bu risklər reallaşarsa, reaksiya verməyə hazır olmalıdır".

Oxşar xəbərlər

Mərkəzi Bank: İnflyasiya 2024-2025-ci illərdə hədəf diapozonunda qalacaq
IMF Azərbaycanda inflyasiyanın 2024-2025-ci illərdə yavaşlayacağını proqnozlaşdırır
AİB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb
"Fitch Solutions”: Bu il Azərbaycanda inflyasiya 4%-dən yüksək olacaq
ING Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər