AİB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb
sizinxeber.az xəbər saytı

AİB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb


Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,2 % səviyyəsində proqnozlaşdırır ki, bu da əvvəlki qiymətləndirmədən 0,4 faiz bəndi yüksəkdir.

Bu barədə “Sizinxeber.az” Bankın məlumatlarına istinadən xəbər verir.

AİB 2026-cı ildə ölkədə inflyasiyanın 3,5 %-ə düşəcəyini gözləyir.

Müqayisə üçün, AİB-in proqnozlarına görə, Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya 2025-ci ildə 6,9 %, 2026-cı ildə isə 5,9 % təşkil edəcək.

Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 4,6 %, 2026-cı ildə isə 4 %-ə düşəcək. Azərbaycan Mərkəzi Bankı cari ilin yanvarında 2025-ci ildə inflyasiyanı 5,5 %, 2026-cı ildə isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın 2025-ci ildə 3,6 %, 2026-cı ildə isə 3,1 % təşkil edəcəyini gözləyir. Dünya Bankı ölkədə orta illik inflyasiyanı hər iki il üçün 2,3 % səviyyəsində qiymətləndirir.

Beynəlxalq reytinq agentlikləri də mülayim proqnozlar verir: “S&P Global” 2025-ci ildə 4 %, 2026-cı ildə isə 3 % gözləyir, oxşar proqnozu “Moody's” agentliyi də dərc edib.

Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya 2,2 % təşkil edib, 2025-ci ilin yanvar-fevral aylarında isə 5,4 %-ə yüksəlib.

Oxşar xəbərlər

BMT: Azərbaycanda inflyasiya 2025-ci ildə 3,6 %, 2026-cı ildə 3,1 %-ə qədər azalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fitch Solutions”: Bu il Azərbaycanda inflyasiya 4%-dən yüksək olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AİB Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər