“Aqrarkredit” balansındakı qızıl-ziynət əşyalarını satışa çıxarıb
Dövlətə aid bank olmayan kredit təşkilatı (BOKT)“Aqrarkredit” QSC balansında olan bəzi aktivlərin satışına başlayır.
"Sizinxeber.az-Economics" bu barədə BOKT-yə istinadən xəbər verir. Məlumata görə, “Aqrarkredit” əsasən balansında olan qızıl-ziynət əşyaları satışa çıxarıb.
Satış prosesi 5 may 2025-ci il, saat 14:00-da “Aqrarkredit” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında yerləşən baş ofisində keçiriləcək.
Qeyd edilib ki, alıcılar satışa çıxarılan qızıl-ziynət əşyalarının növləri, çeşidləri və hər bir lot üzrə qiymətləri ilə öncədən həmin ünvanda tanış ola bilərlər.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 45,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.
Oxşar xəbərlər
“Aqrarkredit” BOKT auditor seçir
“Aqrarkredit” BOKT-un dividend ödənişi üzrə proqnoz 5 %-ə yaxın artırılır
"Aqrarkredit" BOKT-un əmlakları hərraca çıxarılır
“Azərbaycan Beynəlxalq Bankı”nın dividend ödənişi üzrə proqnoz sabit saxlanılır
"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
