Azərbaycanda 17 dövlət qurumu Şübhəli Əməliyyatların Monitorinqi Sisteminə qoşulub
Azərbaycanda 17 dövlət qurumu Maliyyə Manitorinq Xidmətinin Şübhəli Əməliyyatların Monitorinqi Sisteminə (ŞƏMS) qoşulub.
"Sizinxeber.az" xəbər verir ki, bunu Xidmətin İdarə Heyətinin sədri Zaur Fətizadə Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda bildirib.
"Bu sistem həm özəl, həm də dövlət sektorundan gələn məlumatları emal edəcək, süni intellektə əsaslanacaq. ŞƏMS layihəsinin icrası uzun müddətdir ki, davam edir və yekunlaşma mərhələsindədir. O imkan verəcək ki, çox qısa müddətdə maliyyə əməliyyatlarını daha effektiv monitorinq edək, müxtəlif şəxslərin maliyyə profilini formalaşdıraq, əlaqəli şəxslərin profilini təhlil edək, şübhəli halları daha qısa müddətdə aşkarlayaq", - deyə o qeyd edib.
Bundan başqa, Z.Fətizadə deyib ki, Xidmətin şəffaflıqla bağlı müxtəlif layihələri var: "Bunlardan biri hazırda Milli Məclisdə baxılan "ictimai informasiya"dır. Bundan başqa "benefisiar mülkiyyətçinin hüququ" layihəsi var ki, korporativ quruluşa malik olan müəssisələrin faydalana biləcəyi şəxsləri müəyən etməyə imkan verəcək. Bunun hazırda qanunvericilik hissəsi üzrə işlər görülür. Milli Məclis sənədi qəbul edəcəyi təqdirdə, İqtisadiyyat Nazirliyi ilə birgə sistem yaradıb, monitorinq apara biləcəyik"
Oxşar xəbərlər
MMX: Azərbaycan Avropa ölkələrinin 31 %-dən fərqli olaraq "boz siyahı"da deyil
Azərbaycanda son 6 ildə aktiv vergi ödəyicilərinin sayı 2 dəfəyə yaxın artıb
Orxan Nəzərli: "Sahibkarlıq subyektlərinin vergi uçotuna yanaşması dəyişib"
Natiq Şirinov: "Azərbaycanda gömrük ödənişlərinin ÜDM-dəki payı 5 %-i ötüb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
