MMX: Azərbaycan Avropa ölkələrinin 31 %-dən fərqli olaraq "boz siyahı"da deyil
sizinxeber.az xəbər saytı

MMX: Azərbaycan Avropa ölkələrinin 31 %-dən fərqli olaraq "boz siyahı"da deyil


Bu gün Azərbaycan birlikdə qiymətləndirildiyi Avropa ölkələrinin 31 %-dən fərqli olaraq "boz siyahı"da deyil.

"Sizinxeber.az" xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin (MMX) İdarə Heyətinin sədri Zaur Fətizadə Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda bildirib.

"Biz 2023-cü ildə ölkə qiymətləndirilməsinin 5-ci mərhələsini keçmişik və uğurlu nəticələr əldə etmişik. "Boz siyahı"ya düşmək ümumi daxili məhsulun (ÜDM) 7,6 %, xarici investisiyaların 3 % azalması, bankların müxbir əlaqələrinin kəsilməsi, tranzaksiyaların müddətinin uzanması, ölkənin maliyyə sektorunun çox ciddi zərbələr alması ilə nəticələnə bilər. "Boz siyahı"ya düşmək asan, oradan çıxmaq 2 dəfə çətindir. Bu səbəbdən MMX bu prosesləri daim koordinasiya edir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycanda 17 dövlət qurumu Şübhəli Əməliyyatların Monitorinqi Sisteminə qoşulub
Azərbaycanda son 6 ildə aktiv vergi ödəyicilərinin sayı 2 dəfəyə yaxın artıb
Orxan Nəzərli: "Sahibkarlıq subyektlərinin vergi uçotuna yanaşması dəyişib"
Natiq Şirinov: "Azərbaycanda gömrük ödənişlərinin ÜDM-dəki payı 5 %-i ötüb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər