SOCAR-ın "Yaşıl istiqraz"larına 400-dən çox investor maraq göstərib
sizinxeber.az xəbər saytı

SOCAR-ın "Yaşıl istiqraz"larına 400-dən çox investor maraq göstərib


Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 000 ədəd istiqraza 412 investor 220 milyon dollarlıq 510 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub. Təmin edilmiş sifarişlərin 4 %-i hüquqi, 96 %-i isə fiziki şəxslərə məxsus olub. 

Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-dir.

İstiqrazlardan əldə olunacaq vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.

Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.

SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.

Oxşar xəbərlər

“AzerGold”un istiqrazlarına 65 investor maraq göstərib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin istiqrazlarına 43 investor maraq göstərib
SOCAR "Yaşıl istiqraz"ların buraxılışına başlayır
“AzerGold”un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
"AzerGold"un yeni istiqraz emissiyasının əlavə parametrləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər