Ağahüseyn Xudaverdiyev: "Xarici depozitorlarla əlaqələr yox dərəcəsindədir"
sizinxeber.az xəbər saytı

Ağahüseyn Xudaverdiyev: "Xarici depozitorlarla əlaqələr yox dərəcəsindədir"


Milli Depozit Mərkəzinin (MDM) xarici depozitarla əlaqələri yox dərəcəsindədir.

"Sizinxeber.az" xəbər verir ki, bunu MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"Artıq bu istiqamətdə danışıqlara başlamışıq. Amma bunun nə qədər tez nəticə verəcəyini deyə bilmirəm. Çünki, onların bir sıra tələbləri var, komplayıns baxımından müvafiq standartlar tətbiq edirlər. İlk növbədə MDM bu tələblərə cavab verməlidir", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, hazırda xarici qiymətli kağızları əldə etmiş investorlar saxlayıcı kimi elə həmin ölkələrin mərkəzi depozitarının xidmətindən istifadə etməli olurlar: "Əlaqələr olduqda isə alınmış qiymətli kağızlar bizə təhvil verilə və etibarlı şəkildə qoruna bilər".

Oxşar xəbərlər

Ağahüseyn Xudaverdiyev: "Azərbaycanda depo hesablarının açılması üzrə yeni arxitektura formalaşdırılıb"
Azərbaycanın investisiya şirkəti ilk dəfə Türkiyənin dövlət istiqrazlarını alıb
Milli Depozit Mərkəzindəki aktiv depo hesablarının sayı 40 %-dən çox artıb
Azərbaycan və Qazaxıstanın depozitar mərkəzləri danışıqlar aparır
MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər