Azərbaycanın investisiya şirkəti ilk dəfə Türkiyənin dövlət istiqrazlarını alıb
"ABB-İnvest" İnvestisiya Şirkəti QSC Azərbaycan və Türkiyənin mərkəzi depozitarları arasında qurulmuş birbaşa müxbir əlaqədən istifadə edərək ilk dəfə Türkiyə kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya əməliyyatı həyata keçirib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev brifinqdə deyib.
Onun sözlərinə görə, "ABB-İnvest" tərəfindən 5 min manatlıq 940 ədəd Türkiyənin dövlət istiqrazları alınıb: "Bu sınaq əməliyyatı MDM-in dəstəyi ilə həyata keçirilib və nəticədə "ABB-İnvest" öz hesabına türk milli valyutasında denominasiya edilmiş, iki il tədavül müddəti olan, illik 36 % dərəcəsinə malik, nominal dəyəri 100 türk lirəsi təşkil edən dövlət istiqrazları əldə edib.
Alınmış dövlət istiqrazları üzrə klirinq və hesablaşma prosesləri uğurla başa çatdırılıb və qiymətli kağızlar MDM-in Türkiyə Mərkəzi Qeydiyyat Qurumundakı (MKK) nominal saxlayıcı hesabına köçürülərək saxlanılır".
A. Xudaverdiyev vurğulayıb ki, bütün bu yeniliklər MDM-in 2024–2026-cı illər üzrə inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir: "Əsas məqsəd rəqəmsallaşmanı genişləndirmək, xidmətlərin keyfiyyətini artırmaq və onların əlçatanlığını təmin etməkdir".
Oxşar xəbərlər
“Azərbaycan Beynəlxalq Bankı” 100 milyon manatlıq istiqraz buraxır
“AzerGold”un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
“International” BOKT-un istiqrazları listinqə daxil edilib
Ağahüseyn Xudaverdiyev: "Azərbaycanda depo hesablarının açılması üzrə yeni arxitektura formalaşdırılıb"
SOCAR İstiqrazları üzrə 9-cu kupon ödənişi edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












