Elnur Əliyev: Türk dövlətlərinin iqtisadi əməkdaşlığı yeni mərhələyə daşınacaq
sizinxeber.az xəbər saytı

Elnur Əliyev: Türk dövlətlərinin iqtisadi əməkdaşlığı yeni mərhələyə daşınacaq


Türk İnvestisiya Fondunun təsisçi ölkələrindən biri kimi, biz bu Fondun türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacağına inanırıq.

"APA-Economics" xəbər verir ki, bunu Bakida keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi(TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

E.Əliyev qeyd edib ki, biz bu əməkdaşlıq sayəsində biz türk dövlətlərinin iqtisadi potensialını tam şəkildə reallaşdıraraq, qlobal bazarlarda daha güclü mövqe tuta bilərik:

"Türk İnvestisiya Fondu türk dövlətləri arasında işbirliyinin stimullaşdırılmasında mühüm rol oynaya bilər. Ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edən Fondun nizamnamə kapitalı 500 mln. ABŞ dolları təşkil edir.".

Oxşar xəbərlər

Qətər rəsmisi: Azərbaycanda uğurlu investisiya layihələri yaratmağa çalışırıq
Nazir: Qeyri-neft sənayesinin inkişafı və buna təkan verən əlverişli ekosistemin yaradılması diqqət mərkəzindədir
Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb
TDT-nin Baş katibi: Sərhədlərarası ticarət çətinliklərlə üzləşir
KƏŞ rəsmisi: Azərbaycanla iqtisadi əməkdaşlığın artırılması üçün böyük potensial var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər