Vüsal Qasımlı: "İqtisadi artım tempimiz dünyada orta göstəricini üstələyir"
Azərbaycanın iqtisadi artım tempi dünyada orta göstəricini üstələyir.
"Sizinxeber.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib.
O, ölkənin investisiya reytinqi almasını və MDB-də kredit reytinqinə görə ilk üçlükdə mövqelənməsini, həmçinin xalis xarici kreditor mövqeyinin ümumi daxili məhsulun (ÜDM) 150 %-dən, xalis dövlət aktivlərinin isə ÜDM-in 70 %-dən çox olmasını qeyd edib.
V.Qasımlının fikrincə, bu göstəricilər investisiyaların cəlb edilməsi və innovasiyaların inkişafı istiqamətində imkanlar yaradır.
2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1 % çox ÜDM istehsal olunub.
Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 %, qeyri neft-qaz sektorunda isə 6,2 % artıb.
ÜDM istehsalının 35,9 %-i sənaye, 10,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,7 %-i tikinti, 5,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 19,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.
Ötən il əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 12 382,5 manat olub.
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatı 4 %-dən çox böyüyüb
IMF 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Azərbaycan iqtisadiyyatı 5 %-ə yaxın böyüyüb
Azərbaycanda iqtisadi artım 4%-in üzərində olub
Azərbaycan iqtisadiyyatı 4 faizdən çox böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
