Azərbaycan iqtisadiyyatı 4 faizdən çox böyüyüb
sizinxeber.az xəbər saytı

Azərbaycan iqtisadiyyatı 4 faizdən çox böyüyüb


Cari ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 faiz artıb.

ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub.

Oxşar xəbərlər

Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda iqtisadi artım açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarda Azərbaycana 165 mindən çox əcnəbi gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSMF: Ölkə üzrə 1,1 milyon pensiyaçının 57 faizi qadınlardır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta aylıq əməkhaqqının məbləği AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər