Hesablama Palatası: “Bakı Metropoliteni” dövlәt satınalmalarında çoxsaylı nöqsanlara yol verib
sizinxeber.az xəbər saytı

Hesablama Palatası: “Bakı Metropoliteni” dövlәt satınalmalarında çoxsaylı nöqsanlara yol verib


“Bakı Metropoliteni”ndə keçirilən auiditin nəticələri açıqlanıb.

Bu barədə “Sizinxeber.az-Economics”ə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, “Bakı Metropoliteni tәrәfindәn dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin tәlәblәrinә riayәt olunmaqla yanaşı, çoxsaylı prosedur pozuntusuna yol verilmәsi, satınalma metodu tәtbiq edilmәdәn müxtәlif mәqsәdlәr üçün 262 halda 868,6 min manat mәblәğindә birbaşa müqavilәlәrin bağlanılması, ehtimal dәyәrinin müәyyәn edilmәmәsi rәqabәt mühitinin pozulması ilә yanaşı dövlәt vәsaitindәn qәnaәtlә istifadә edilmәmәsinә, habelә tender komissiyasının fәaliyyәtindә vә inzibatçılıqda boşluqların olması isә uzunmüddәtli debitor borcun yaranmasına, müqavilә öhdәliklәrinin gecikdirilmәsinә vә ya icra edilmәmәsinә, vaxtında icra edilmәyәn müqavilәlәr üzrә cәrimәlәrin tәtbiq edilmәmәsinә sәbәb olub.

Bildirilib ki, Hesablama Palatasının Kollegiyası әsassız olaraq xәrcә silinmiş 13,6 min manat debitor borcun mühasibat yazılışı verilәrәk uçota bәrpa olunmasının, habelә QSC-nin Birlәşmiş emalatxanaları tәrәfindәn istehsal olunmuş müxtәlif әsas vәsaitlәr üzrә 3215,5 min manat mәblәğindә xәrclәrin mühasibat yazılışı verilәrәk kapitallaşma xәrclәrinә aid edilmәsinin nәzәrә alınması, audit әhatә etdiyi dövrdә istismar xәrclәrindәn ödәnilmiş vә geri qaytarılması tәmin edilmәyәn 5724,2 min manat vәsaitin istismar xәrclәri üzrә hesablaşma hesabına qaytarılması, әsaslı vәsait qoyuluşu xәrclәri hesabına icra olunan iki layihә üzrә yol verilmiş artıq xәrclәrin icra prosesindә (layihәlәrin davam etdiyi nәzәrә alınaraq) azaldılması barәdә qәrar qәbul edib.

Oxşar xəbərlər

Hesablama Palatası: Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
Hesablama Palatası Qida Tәhlükәsizliyi Agentliyinin fəaliyyətində nöqsanlar aşkar edib
Naxçıvan Sosial Xidmәtlәr Agentliyinin fəaliyyətində nöqsanlar aşkar edilib
"Bakı Metropoliteni" Müşahidə Şurasının tərkibi dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər