Ötən il Azərbaycan iqtisadiyyatına 21.4 mlrd. manat investisiya yönəldilib
2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat məbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3 faiz artıb. İstifadə olunmuş investisiyanın 10641,3 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 8221,1 milyon manatı (38,4 faizi) xidmət sahələrinə, 2572,7 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 18145,7 milyon manatını və ya 84,7 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 15524,9 milyon manatı və ya 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Oxşar xəbərlər
10 ayda əsas kapitala 14 mlrd. manatdan çox vəsait yönəldilib
Bu il əsas kapitala 11.2 mlrd. manat investisiya yönəldilib
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4 %-ə yaxın azalıb
Əsas kapitala yönəldilmiş investisiya 16%-ə qədər artıb
9 ayda iqtisadiyyata 12.7 mlrd. manatdan çox investisiya qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
