EBRD ötən il özəl sektor və "yaşıl" iqtisadiyyata rekord səviyyədə investisiya yatırıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2024-cü ildə üzv ölkələrin iqtisadiyyatlarına rekord həcmdə - 16,6 milyard avro investisiya yatırıb ki, bu da əvvəlki illə müqayisədə 26 % artım deməkdir.
"Report"un banka istinadən verdiyi məlumata görə, EBRD-nin bütün mənbələrdən cəlb etdiyi ümumi investisiya həcmi 26,7 milyard avroya çatıb. 584 layihə çərçivəsində yatırımların 76 %-i və ya 12,5 milyard avrosu özəl sektora yönəldilib ki, bu da bank üçün növbəti rekord göstəricidir.
2024-cü ildə EBRD-nin investisiyalarının 58 %-i “yaşıl iqtisadiyyat”ı dəstəkləyən layihələrə - rekord həcmdə 9,7 milyard avroya ayrılıb. Bundan əlavə, gender bərabərliyi markası ilə maliyyələşdirilən layihələrin payı 47 %-ə çatıb.
Bankın illik ödənişləri də tarixi maksimuma - 10,6 milyard avroya yüksəlib, portfel isə 61,9 milyard avroya qədər artıb. Əməliyyat aktivləri ilk dəfə 40 milyard avro həddini keçərək 42,1 milyard avroya çatıb.
Müqayisə üçün, 2023-cü ildə EBRD 464 layihə vasitəsilə 13,1 milyard avro investisiya yatırıb və bu da həmin dövr üçün rekord idi. 2024-cü il ərzində bank pandemiyadan əvvəlki investisiya səviyyəsini 60 % üstələyib. Qeyd edək ki, EBRD-nin investisiyalarının həcmi ilk dəfə 2019-cu ildə 10 milyard avronu keçmişdi.
EBRD-nin prezidenti Odil Reno-Basso 2024-cü ilin nəticələrini qiymətləndirərək, bildirib: “2024-cü ildə həm həcm, həm də keyfiyyət baxımından rekord nəticələr əldə etdik. Təkcə əvvəlki rekordları qırmadıq, həm də onları əhəmiyyətli dərəcədə üstələdik. Maliyyələşdirmə və siyasi məsləhətləri birləşdirən unikal biznes modelimizə tələbat artmaqda davam edir. İşimizin əsas istiqamətləri Ukraynaya dəstək, “yaşıl maliyyələşdirmə” və gender bərabərliyinin gücləndirilməsi olaraq qalır”.
2024-cü ildə EBRD çoxtərəfli inkişaf bankları (ÇİB) ilə əməkdaşlığını gücləndirib. Belə ki, on ÇİB birgə fəaliyyət göstərərək işin miqyasını və səmərəliliyini artırmaq barədə razılığa gəlib. Bundan əlavə, EBRD qlobal çağırışlara effektiv cavab vermək üçün Dünya Bankı Qrupu ilə anlaşma memorandumu imzalayıb.
Bank, həmçinin 1,63 milyard avro yeni donor vəsaiti səfərbər edib ki, bunun 913 milyon avrodan çoxu Ukraynaya yönəldilib. Bu vəsaitlərin 68 %-i Avropa İttifaqı tərəfindən təmin edilib.
2024-cü ildə EBRD-nin coğrafiyası da genişlənib: Benin və Kot-d’İvuar Saxaradan cənubdakı Afrikanın ilk üzv ölkələri olaraq banka qoşulub. Bununla da, bankın üzvlərinin sayı 76-ya çatıb və bu regionda əməliyyatlara tezliklə başlanması planlaşdırılır, məlumatda deyilir.
Oxşar xəbərlər
Dünyadakı inkişaf banklarının iqlim dəyişikliyi ilə mübarizəyə ayırmaları rekord həddə çatıb
Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb
İdarəedici direktor: "EBRD COP29-da mühüm kredit sazişləri imzalamağa hazırlaşır"
EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək
Aİ-nin müdafiə xərcləri 300 milyard avroya çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












