"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Head Property" və "Region Property" MMC-ləri dövlət qeydiyyatına alıb.
“Sizinxeber.az” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətlərin hüquqi ünvanları müvafiq olaraq Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27 və Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi, 4, nizamnamə kapitalları müvafiq olaraq 1,7 milyon manat və 600 min manat, qanuni təmsilçiləri isə İsa Bünyad oğlu İsayevdir.
O, həm də Cəlil Məmmədquluzadə küçəsi, 27 ünvanında fəaliyyət göstərən "E-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktorudur. Bu, maliyyə qurumu bu ilin iyul ayında ləğv edilmiş "Naxçıvan Bank" ASC-nin bazasında yaradılıb, elə həmin ay da Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı "İrşad” BOKT-a lisenziya verib
"Azərkosmos" 1 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
