sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
AMB: Xidmətlər balansı kəsirli olaraq qalır
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xidmətlər balansının kəsiri təxminən 1,6 milyard ABŞ dolları təşkil edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % azdır.
"Kəsir əsasən tikinti və digər işgüzar xidmətlərin hesabına formalaşıb. Əvəzində 9 ayda nəqliyyat xidmətləri üzrə 862 milyon ABŞ dolları, turizm xidmətləri üzrə isə 359 milyon ABŞ dolları profisit yaranıb", - deyə AMB rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanın 9 ayda cari əməliyyatlar balansının profisiti 4 milyard dollar olub
AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb
Azərbaycanın tədiyyə balansında I yarımildə 648 milyon dollar profisit yaranıb
AMB I yarımildə ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb
Azərbaycanın idarə, müəssisə və təşkilatlarının 9 ayda qiymətli kağızlar bazarından gəliri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













