Azərbaycanda idxal edilən  şprislər üçün xüsusi gömrük rüsumlarının müddəti uzadılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda idxal edilən şprislər üçün xüsusi gömrük rüsumlarının müddəti uzadılıb


Azərbaycanda idxal edilən iynəli və ya iynəsiz şprislər üçün tətbiq edilən xüsusi gömrük rüsumlarının müddəti uzadılıb.

Sizinxeber.az-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Beləliklə, 31 dekabr 2024-cü ilə qədər plastmasdan iynəli və ya iynəsiz şprislərinin insulin üçün nəzərdə tutulan həcmi 2 millilitr və ya daha az olan 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan 1 ədədi üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu alınmalı idi. Bu müddət 31 dekabr 2029-cü ilə qədər uzadılıb.

Oxşar xəbərlər

Azərbaycana gətirilən şprislər üçün gömrük güzəştlərinin müddəti daha 5 il uzadılıb
Azərbaycana idxal edilən meyvə və tərəvəz əsaslı energetik içkilər daha 2 il gömrük rüsumundan azad edilib
İnşaat mallarına tətbiq edilən idxal gömrük rüsumları dəyişib
Azərbaycana idxal edilən inəklər, toyuqlar və kərə yağı daha 2 il gömrük rüsumundan azad edilib
Balıq unu 3 il idxal gömrük rüsumundan azad olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər