İSB: Azərbaycanda bu il daşınmaz əmlakın icbari sığortası üzrə 2 milyon manata yaxın ödəniş edilib
Bu ilin 9 ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 640 hadisəyə görə sığorta şirkətləri 1 milyon 870 min manat ödəniş ediblər.
Bu barədə "Sizinxeber.az" İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir.
"Qış mövsümündə havanın soyuması ilə əlaqədar qaz və elektrik enerjisindən izafi istifadə yanğın risklərini artırır. Qaz sızmaları, elektrik naqillərinin normadan artıq yüklənməsi və qeyri-standart istilik cihazlarından istifadə mənzillərdə və binalarda təhlükəli vəziyyət yarada bilər.
Baş verən yanğın və digər hadisələr nəticəsində daşınmaz əmlaka dəymiş zərər və maddi itkilər daşınmaz əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirir.
Ölkəmizdə daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir", - İSB bildirir.
“İcbari sığorta haqqında” qanuna əsasən, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, sığorta məbləği 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, sığorta məbləği 15 min manat təşkil edir.
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı olaraq bildiririk ki, yanğın və təbii fəlakətlər gözlənilməz anlarda əmlakları təhlükə altına sala bilər. Bu təhlükələrin yarada biləcəyi maddi itkilərdən qorunmaq üçün əmlakın sığortalanması vacibdir, məlumatda deyilir.
Oxşar xəbərlər
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb
Azərbaycanda sığorta şirkətinin lisenziyası məhdudlaşdırılıb
“Bakı Sığorta” ləğv edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
