Azərbaycanda "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar" hazırlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar" hazırlanıb


Azərbaycan Mərkəzi Bankı (AMB) "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar" hazırlayıb.

“Sizinxeber.az” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qaydalar özəl sektorda şəffaflığın artırılması məqsədilə investisiya şirkəti fəaliyyəti üzrə bazar riski, kredit riski və əməliyyat riskləri üzrə kapital adekvatlığı tələblərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Hazırda layihə üzrə son tamamlama işləri icra edilməkdədir.

Həmçinin, İnvestisiya şirkəti fəaliyyəti üzrə təqdim olunan hesabatlıq tələblərinin təkmilləşdirilməsi məqsədilə "İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları"nın layihəsi hazırlanmaqdadır. Layihənin qısa müddətdə tamamlanması nəzərdə tutulur. Bundan əlavə, İnvestisiya şirkəti fəaliyyəti üzrə risklərin idarə edilməsi, komplayens və daxili audit tələbləri üzrə beynəlxalq təcrübə araşdırılmış və müvafiq arayış hazırlanıb. Həmçinin aparılmış araşdırma nəticələri, o cümlədən yerli normayaratma prinsipləri nəzərə alınmaqda yeni “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” üzərində təkmilləşdirmə işləri aparılır.

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan investisiya şirkəti 15 layihənin maliyyələşdirilməsini nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Capital Partners İnvestisiya Şirkəti”nə xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Mərkəzi Bankı investisiya şirkətinə icrası məcburi göstəriş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın investisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Axundov: "Azərbaycan kapital bazarının gəlirliyi 100 dəfə arta bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər