Azərbaycan qanunvericiliyinin FATF standartlarına uyğunluq faizi açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan qanunvericiliyinin FATF standartlarına uyğunluq faizi açıqlanıb


Azərbaycanın milli qanunvericiliyi Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarını ölçən 252 parametr üzrə 82,1 % uyğunluq təşkil edir.

“Sizinxeber.az” bu barədə Maliyyə Monitorinq Xidmətinə (MMX) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan FATF-ın 40 texniki uyğunluq standartından 7-si üzrə “tam uyğun”, 22-si üzrə “əsasən uyğun”, 10-u üzrə “qismən uyğun”, 1-i üzrə “uyğun olmayıb".

“Dünya miqyasında 161 ölkə üzrə aparılmış qiymətləndirməyə görə, Azərbaycan 40 standartdan 12-si üzrə dünyadakı orta göstəricidən daha yüksək, 21-i üzrə isə orta göstəriciyə bərabər nəticə göstərib. Bundan başqa, Azərbaycan, qanunvericiliyin tətbiqinin effektivliyi üzrə 11 göstəricidən 4-ü üzrə dünyadakı orta göstəricidən daha yüksək, 6-sı üzrə isə orta göstəriciyə bərabər nəticə əldə edib”, - deyə MMX bəyan edib

Oxşar xəbərlər

Azərbaycanda 600 baldan yuxarı bal toplayan 101 abituriyent Qarabağ Universitetini seçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər