Azərbaycanın dövlət borcunun ÜDM-yə nisbətinin yuxarı həddən 8,8 faiz bəndi az olub
Bu ilin I yarımilinin sonuna dövlət borcunun ÜDM-yə nisbəti 21,2 % təşkil edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Bu, büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-yə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 8,8 faiz bəndi az olub. Bununla da strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-yə nisbətinin 30 %-lik yuxarı həddi gözlənilib.
2024-cü il iyulun 1-nə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib, proqnozlaşdırılan ÜDM-in 7,5 %-inə, məcmu dövlət borcunun isə 35,5 %-inə bərabər olmuşdur.
Hesabat dövründə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 099,9 milyon ABŞ dolları və ya 17 % artıb. Daxili dövlət borcu 16 milyard 571,9 milyon manat təşkil edib, ÜDM-in isə 13,7 %-inə, məcmu dövlət borcunun isə 64,5 %-inə bərabər olub.
Oxşar xəbərlər
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan ortamüddətli dövrdə dövlət borcunu ÜDM-in 23 %-dən aşağı səviyyədə saxlamağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın ümumi dövlət borcu 2025-ci ilin əvvəlində 28 milyard manatı ötəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın ümumi dövlət borcu 2025-ci ilin əvvəlinə 28 milyard manatı ötəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












