Cəbrayılın Şükürbəyli kəndində 93 evin tikintisinə 14,6 mln. manat xərclənəcək
Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə əlavə 14,6 milyon manat vəsait xərclənəcək.
"APA-Economics" xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi "Tunel-Metro İnşaat” MMC seçilib.
Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 14 milyon 562 min 668 manat dəyərində müqavilə imzalanıb. Başqa sözlə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 156 min manat təşkil edir.
Qeyd edək ki, tenderin qalibi seçilən "Tunel-Metro İnşaat” MMC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur.
Xatırladaq ki, Fond bu ilin sentyabr ayında Şükürbəyli kəndində 48 evin tikintisi üzrə “AĞA-EE İNŞAAT” MMC ilə 7,7 milyon manat dəyərində müqavilə imzalayıb. Bir evin orta hesabla tikinti xərci 159,6 min manat təşkil edib.
Oxşar xəbərlər
Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hadrut və Tuğ kəndinin daxili yollarının tikintisi üçün 13 mln. manat xərclənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Absheron Hotel Group”un nizamnamə kapitalı 2 milyon manat azaldılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












