Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək
sizinxeber.az xəbər saytı

Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək


Füzuli rayonunun Dövlətyarlı kəndinin yenidənqurulmasına 97,2 milyon manat vəsait ayrılıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti bununla bağlı tender keçirib. Tenderin qalibi "TVM İNŞAAT” MMC seçilib. Şirkətlə 97 milyon 202,8 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.

Sözügedən şirkət Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərini həyata keçirəcək.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "TVM İnşaat” MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-dir. MMC-nin qanuni təmsilçisi isə Ağayev Musa Nizaməddin oğludur.

Oxşar xəbərlər

Hadrut və Tuğ kəndinin daxili yollarının tikintisi üçün 13 mln. manat xərclənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisdə təmirə başlanılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamın Xıdırlı kəndinə birinci mərhələdə 2951 nəfər köçürüləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeddi ayda əsas kapitala 10 mlrd. manat vəsait yönəldilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər