AMFA: "Mikromaliyyələşdirmədə etik standartlara riayət olunmalıdır"
Mikromaliyyələşdirmədə etik standartlara riayət edilməsi mühüm əhəmiyyət kəsb edir.
“Sizinxeber.az” xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
Onun sözlərinə görə, mikromaliyyələşdirmə banklardan kredit ala bilməyən həssas və aztəminatlı əhali təbəqələrinə yönəlib: "Bu, mikromaliyyə təşkilatlarını yüksək etik normalara riayət etməyə məcbur edir. Bizim vəzifəmiz müştəriləri fırıldaqçılıqdan və ədalətsiz şərtlərdən qorumaq, kreditləşdirmədə şəffaflığı və ədaləti təmin etməkdir".
J.Hacıyeva mikromaliyyə xidmətlərinin qarşısında duran əsas çağırışlar arasında həddindən artıq borclanma, yüksək faiz dərəcələri və müştərilər arasında maliyyə savadlılığının aşağı səviyyəsini qeyd edib. AMFA rəhbərinin fikrincə, bu problemlərin həllində Azərbaycan Mərkəzi Bankı mühüm rol oynayır və müştəriləri həddindən artıq borc yükündən qorumaq üçün səmərəli tənzimləyici tədbirlər tətbiq edib.
O, qadınların mikromaliyyələşdirmədə roluna xüsusi diqqət yetirilib. J. Hacıyeva bildirib ki, mikromaliyyə xidmətlərindən istifadə edənlərin 20 %-ni qadınlar təşkil edir və onların 75 %-i regionlarda yaşayır: "Halbuki ilkin olaraq bu göstərici cəmi 4 % təşkil edirdi. Qadınlar arasında mikromaliyyələşdirmənin əlçatanlığını artırmaq üçün qadın kredit işçilərinin cəlb edilməsi üzrə aktiv iş aparılıb ki, bu da bu xidmətlərin populyarlığını əhəmiyyətli dərəcədə artırıb.
Oxşar xəbərlər
Bakıda keçirilən AZHAB Forumunda anlaşma memorandumu imzalanıb
İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”
KOBİA: Halal sənayesi davamlı istehsal və istehlakın inkişafına kömək edir
Fərrux Raza: “MDB məkanında halal ekosistemin yaradılması üçün böyük potensial var”
Azərbaycanda İslam maliyyələşməsi sahəsində İndoneziya modelindən istifadə olunması təklif olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












