Azərbaycanda İslam maliyyələşməsi sahəsində İndoneziya modelindən istifadə olunması təklif olunur
Dördüncü Sənaye İnqilabında KOB-ların iqtisadi və sosial dəyər yaratması üçün rəqəmsal texnologiyalara inteqrasiyası çox vacibdir.
“Report” xəbər verir ki, bunu Avstraliyanın "Globothink" şirkətinin Baş icraçı direktoru və halal sənayesi üzrə konsultantı İrşad A. Kader Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
"İnnovasiya hər bir uğurlu biznesin əsasını təşkil edir. Bu baxımdan zəruri İKT bacarıqları və infrastruktur olmadan KOB-lar həm yerli, həm də qlobal bazarlarda rəqabət aparmaqda çətinlik çəkirlər. KOB-larda müvafiq bacarıqların olmaması problemdir. Belə ki, bir çox KOB-lar aşağı keyfiyyətli işçi qüvvəsi ilə çalışırlar. Biz bunu COVID-19 pandemiyası zamanı gördük. Bu, KOB-larda məsuliyyət və rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarır.
Digər bir problem KOB-lar üçün halal sertifikatların əldə edilməsi qarşısında duran maneədir. Bura biliklərin məhdud olması, sertifikatlaşdırma prosesini başa düşməkdə çətinliklər, bununla əlaqədar olan xərclər, sertifikatın alınması üçün tələb olunan uzun müddət daxildir",- deyə o qeyd edib.
O bildirib ki, bütün bu çağırışların öhdəsindən gəlmək üçün dövlətlər və İslam maliyyə təsisatları kömək etməlidir: "Burada çox yaxşı modellərdən biri İndoneziya modelidir. Bu ölkədə 57 milyon KOB fəaliyyət göstərir. İndoneziyanın İslam Şəriət Bankı həmin KOB-lara mikromaliyyə təqdim edir. Azərbaycanda da bu modeldən istifadə oluna bilər".
Oxşar xəbərlər
Oktyabrda Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək
Orxan Məmmədov: "Azərbaycan regional halal sənaye üçün potensial bir mərkəzə çevrilə bilər"
Məcnun Məmmədov: "Halal ərzaq istehsalına maraq və tələb artmaqdadır"
Səməd Bəşirli: "Azərbaycan halal sektorun hablarından birinə çevrilməyi hədəfləyir"
Məmməd Musayev: "Bu gün halal investisiya alətləri ətrafında dialoqlar gücləndirilməlidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












