The Economist: Bu il Azərbaycanda cari əməliyyatlar balansının profisiti 10 mlrd. dolları ötəcək
sizinxeber.az xəbər saytı

The Economist: Bu il Azərbaycanda cari əməliyyatlar balansının profisiti 10 mlrd. dolları ötəcək


2024-cü ildə Azərbaycanda cari əməliyyatlar balansının (CƏB) profisiti 10,3 milyard dollar olacaq və ümumdaxili məhsulun 12,7%-ni təşkil edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.

EIU-nun gözləntilərinə görə, CƏB-in profisiti 2025-ci ildə 9,6 mlrd. dollar, 2026-cı ildə 9,8 mlrd. dollar təşkil edəcək, 2027-ci ildə 11 mlrd. dollara, 2028-ci ildə isə 12 mlrd. dollara yüksələcək. Bu isə müvafiq olaraq ÜDM-in 11,2%, 10,8%-i, 10,9%-i və 11%-i deməkdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2024-cü il üzrə CƏB-in profistini 7 milyard dollar civarında proqnozlaşdırıb.

Oxşar xəbərlər

The Economist: Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT: Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 16 mlrd. dolları ötəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
The Economist: Türkiyə lirəsi 3,8 qəpiyə enəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
The Economist: BRICS+ iqtisadiyyatı 2045-ci ildən G7-ni qabaqlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
The Economist: Qaz ixracı artdıqca Azərbaycanın cari əməliyyatlar hesabı profisitdə qalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər