BMT: Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 16 mlrd. dolları ötəcək
2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 16 milyard dolları ötəcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin analitiklərinin proqnozlarına görə, bu il üzrə Azərbaycanın ümumi ixrac həcmi 33 milyard 899 milyon dollar, idxalı isə 17 milyard 278 milyon dollar təşkil edəcək. Beləliklə, xarici ticarət balansında 16 milyard 620 milyon dollarlıq profisit yaranacaq.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə əsasən 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16 milyard 613 milyon dollar təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox azalıb
Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 mlrd. dollara yaxınlaşıb
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb
Azərbaycanda bu il idxal rüsumundan azadolmaların həcmi 5 milyard dolları ötüb
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













