The Economist: Türkiyə lirəsi 3,8 qəpiyə enəcək
Türkiyə lirəsi 2029-cu ilə kimi Azərbaycan manatı qarşısında ucuzlaşmaqda davam edəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.
EIU-nun proqnozuna görə, qarşıdakı TL manat qarşısında 4 il ərzində 24% civarında ucuzlaşacaq. Türkiyə lirəsinin məzənnəsi 2024-cü il üzrə 0,050 AZN, 2025-ci ildə 0,042 AZN, 2026, 2027 və 2028-ci illərdə isə 0,038 AZN səviyyəsində formalaşacaq.
Qeyd edək ki, Türkiyə lirəsi hazırda digər valyutalar qarşısında ucuzlaşmaqda davam edir. TL dollar qarşısında 34 səviyyəsinə qədər düşüb. Azərbaycan Mərkəzi Bankının açıqladığı son məzənnəyə əsasən, TL 0.0498 manat səviyyəsində ticarət edilir.
Oxşar xəbərlər
The Economist: Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq
The Economist: Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək
The Economist: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq
Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb
The Economist: Qaz ixracı artdıqca Azərbaycanın cari əməliyyatlar hesabı profisitdə qalacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













