Yelo Bank daha bir rəqəmsal filialını Şamaxıda açdı!
Yelo Bank regionlarda maliyyə xidmətlərini daha da genişləndirmək üçün növbəti filialını Şamaxıda açdı. Yeni filial Şamaxı şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 56 ünvanında xidmət göstərir. Filialın əsas üstünlüyü onun rəqəmsal konseptdə olmasıdır. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə bilərlər.
Yeni filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev bildirib ki, burada Şamaxı sakinlərinə üstün xidmət səviyyəsi təqdim olunacaq: “Rəqəmsal konseptli növbəti filialımızı Şamaxıda açmaq üçün çox səbirsizlənirdik. Əsas hədəfimiz ölkəmizin regionlarında, eləcə də Şamaxıda real sektorun hərtərəfli inkişafına dəstək olmaqdır. Bu baxımdan 100 mindən çox əhalisi olan Şamaxıda geniş əməkdaşlıq potensialı görürük. İnanıram ki, yeni filialımız sakinlər üçün daha sürətli və daha səmərəli xidmət göstərəcək. Ümumiyyətlə, maliyyə inkluzivliyinin gücləndirilməsi və vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə digər bölgələrdə də rəqəmsal filial açmağı planlayırıq”.
Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan, Qəbələ, Masallı və Tovuz filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın paytaxt və regionlarda 20 xidmət məntəqəsi fəaliyyət göstərir.
Bank xidmətləri (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Oxşar xəbərlər
ABB Sumqayıtda 3-cü filialını açdı
Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edib
ABB Şabran filialını da yenilədi
Yelo Bank ilə əmanətindən daha çox gəlir qazan!
Access Bank bu il iki filial açmağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












