Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir
Bu gün Bakıda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” işə başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, 3 gün davam edəcək tədbir "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.
Forumda Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti xanım Asmaa Resmouki, eləcə də Avropa və Asiya ölkələrinin peşəkar maliyyə qurumlarının rəhbərləri və onları müşayiət edən 50-yaxın xarici peşəkar mütəxəssislər, eləcə də Azərbaycanın nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının, ictimai qurumlarının nümayəndələri, ölkədə maliyyə, mühasibat uçotu və audit sahəsində çalışan 400 nəfərə yaxın mütəxəssis iştirak edir.
Forum çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumları ilə təşkilatçılar arasında Əməkdaşlıq Memorandumlarının imzalanması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan biznesində dayanıqlılıq standartlarının tətbiqi məcburi olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












