Formula 1-lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq
11-12 sentyabr tarixlərində Azərbaycan Mərkəzi Bankının Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.
Bu barədə “Sizinxeber.az-Economics” Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan “Nağd pul ofisi” Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərməkdədir.
13-15 sentyabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 11-12 sentyabr tarixlərdə Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcəkdir.
“Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.
Oxşar xəbərlər
AMB əhaliyə xidmət üzrə nağd pul ofisinin fəaliyyətini müvəqqəti dəyandırır
DYP "Formula-1"lə bağlı müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
