AMB əhaliyə xidmət üzrə nağd pul ofisinin fəaliyyətini müvəqqəti dəyandırır
sizinxeber.az xəbər saytı

AMB əhaliyə xidmət üzrə nağd pul ofisinin fəaliyyətini müvəqqəti dəyandırır


Sabahdan başlayarq 2 gün ərzində Azərbaycan Mərkəzi Bankının Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb 13-15 sentyabrda paytaxtda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılmasıdır.

“Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək. Əlavə suallarla bağlı AMB-nin “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Xatırladaq ki, Bülbül prospektindəki "Nağd pul ofisi" həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərir.

Oxşar xəbərlər

DYP “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar media akkreditasiya seminarı təşkil olunub
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə Bakıda bəzi yollardan istifadə məhdudlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər