Naxçıvan iqtisadiyyatı 0,6 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 818 milyon 604 min 700 manat olub.
Bu barədə “Sizinxeber.az”un yerli bürosuna Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,6 % çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1 % artaraq 1 744,7 manat olub.
Həmçinin 2024-cü ilin yanvar-iyul aylarında muxtar respublikada 295 milyon 313 min 700 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 2,3 % üstələyib. Sənaye məhsulunun 264 milyon 224 min manatı və ya 89,5 %-i malların, 31 milyon 89 min 700 manatı və ya 10,5 %-i isə xidmətlərin payına düşüb.
Oxşar xəbərlər
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 20 % azalıb
Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
