Expressbankın İdarə Heyətinə yeni təyinat olub
“Expressbank ASC”də yeni təyinat baş tutub – Fuad Kamal oğlu Məmmədli Bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, Fuad Məmmədli maliyyə sahəsində 12 illik peşəkar təcrübəyə malikdir. O, bu müddət ərzində bank sektorunda bir sıra məsul vəzifələrdə çalışaraq maliyyə idarəçiliyi sahəsində dərin bilik və praktiki təcrübə qazanıb. Son təyinatdan əvvəl “Unibank”da Baş Maliyyə İnzibatçısının müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, o, 2017–2020-cü illər ərzində Expressbankda Maliyyə departamentində çalışaraq, direktor müavini vəzifəsinədək yüksəlib və bankın maliyyə funksiyalarının inkişafında mühüm rol oynayıb.
Fuad Məmmədli ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə alıb, magistr dərəcəsini isə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə tamamlayıb.
Yeni təyinatın Expressbankın maliyyə sabitliyinin və strateji idarəetməsinin daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Asiya İnkişaf Bankına yeni prezident seçilib
“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinə yeni sədr təyin olunub
“Unibank"da yeni təyinat olub
ABB “SIBOS-2024” beynəlxalq sərgi-konfransında təmsil olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












