Əmək müqavilələrinin onlayn imzalanmasının SİMA İmza ilə də həyata keçirilməsi imkanı yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) elektron əmək müqavilələrinin onlayn şəkildə imzalanması prosesi daha da genişlənib. İşçi və işəgötürənlər müqaviləni imzalamaq üçün digər gücləndirilmiş imzalarla yanaşı, artıq SİMA rəqəmsal imzadan da istifadə edə bilərlər.
Bu barədə APA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birgə işlər nəticəsində imzalanma prosesinin SİMA İmza ilə də həyata keçirilməsi imkanı yaradılıb və SİMA yeni nəsil rəqəmsal imza ƏMAS-a uğurla inteqrasiya olunub.
"RİNN sistemində də artıq bütün əmək müqavilələrinin SİMA İmza ilə onlayn imzalanması təmin edilib.
Onlayn imzalanma prosesinin genişlənməsi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti önəmli addım olmaqla, kadr uçotu sistemində kağız istifadəsinin daha da azalmasına imkan yaradır.
Proses zamanı əvvəlcə işəgötürən tərəfindən işçinin məlumatları (FİN və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) daxil edilərək elektron müqavilə formalaşdırılır və sistem üzərindən işçiyə göndərilir.
Bundan sonra işçi ƏMAS-da şəxsi hesabına SİMA İmza ilə daxil olaraq “Təsdiq gözləyən Onlayn əmək müqaviləsi bildirişləri” bölməsinə klik edir. Bu hissədə işçi müqaviləni nəzərdən keçirib “SİMA İmza” ilə onlayn şəkildə imzalaya bilir. İmzadan sonra müqavilə avtomatik olaraq işəgötürənə göndərilir.
Son mərhələdə işəgötürən tərəfindən müqavilə elektron imza ilə imzalanır və proses bitir".
"2022-ci ildə istifadəyə verilən ƏMAS əmək münasibətləri üzrə bütün əməliyatların, habelə kadr kargüzarlığı və inzibatçılığı üzrə əməliyyatların rəqəmsal müstəviyə keçidiini təmin edir", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məişət zorakılığından zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarşıdakı 3 ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












