FHN “Masallı” hotelində təlim keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Masallı” hotelində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.
APA nazirliyin saytına istinadən xəbər verir ki, təlimə FHN-in yerli strukturları və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qüvvələri, eləcə də hotelin əməkdaşları cəlb olunub.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, o cümlədən dəm qazı təhlükəsinin qarşısının alınması yolları, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Sonra təlimin praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında hotelin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin və qonaqların “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Oxşar xəbərlər
FHN Lənkaranda hoteldə təlim keçirib - VİDEO
FHN “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirib - VİDEO - FOTO
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO
FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib
FHN Gəncə Müalicə Diaqnostika Mərkəzində təlim keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












