DVX: Kriptovalyutadan qazanan şəxslər VÖEN alıb vergi ödəməlidirlər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı yeni nəzarət mexanizmlərinin tətbiqini davam etdirir.
DVX-dən “APA-Economics”ə verilən məlumata görə, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən əməkhaqqından başqa hər hansı digər gəlir, təqdim olunduğu təqdirdə, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir.
Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Bununla yanaşı, qeyri-sahibkarlıqdan gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər. Kriptovalyutadan gəlirin əldə edildiyi vaxt isə onun təqdim olunduğu tarix hesab edilir. Bu zaman vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarix arasındakı qiymət artımı əsas götürülür.
“Göründüyü kimi, vergi qanunvericiliyində qeyri-sahibkarlıqdan gəlir, o cümlədən kriptovalyuta üzrə əməliyyatlardan gəlirlərin vergiləndirilməsi ilə bağlı mexanizm mövcuddur və kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmaqla (VÖEN əldə etməklə) öz vergi öhdəliklərini yerinə yetirməlidirlər”- məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12%-ə yaxın artıb
“Kristal Bakı” ASC 2022 və 2023-cü il üzrə mənfəətini açıqlayıb
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib
Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 13%-dən çox artıb
Əlilliyi olan şəxslərə yeni güzəştlər ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













