“Adobe Systems Software Ireland Limited” ƏDV məqsədləri üçün vergi uçotuna alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Adobe Systems Software Ireland Limited” şirkətini ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alıb.
"Sizinxeber.az" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, qeydiyyat martın 1-dən qüvvəyə minib. Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, həmin tarixdən etibarən şirkətin təqdim etdiyi xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdiyi ödənişlər zamanı banklar ƏDV məbləği hesablamayacaq.
“Adobe Systems Software Ireland Limited” qrafik dizayn, multimedia məzmunu, sənədlərin idarə edilməsi və proqram təminatı həlləri üzrə dünya miqyasında tanınmış şirkətdir. “Adobe Creative Cloud”, “Adobe Acrobat”, “Adobe Photoshop” və digər proqram məhsulları vasitəsilə istifadəçilərə rəqəmsal yaradıcılıq və biznes həlləri təqdim edən şirkət İrlandiyada qeydiyyatdan keçib və fəaliyyətini beynəlxalq səviyyədə həyata keçirir.
Ötən ilin sonlarında “Apple Distribution International Limited” şirkəti də ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar elektron xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Naxçıvanda ötən il 7 minə yaxın vergi ödəyicisi dövlət qeydiyyatından keçib
Bazarlara vergi nəzarəti gücləndirilir: Qanunsuz sahibkarlığı dəstəkləyənlərə qarşı sanksiyalar
Azərbaycanda 10 ayda vergi daxilolmaları 14 milyard manatı keçib
Dövlət Vergi Xidməti POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib
