İstehlakçılara 70 mln. manatdan çox ƏDV geri qaytarılıb
Bu ilin yanvar – aprel aylarında ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 70 milyon 452,1 min manat olub.
Bu barədə "APA-Economics"ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Hesabat dövründə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 2 milyon 758,4 min manat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda 3 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Naxçıvanda indiyə qədər 5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb
Ötən il istehlakçılara 176 mln. manatdan çox ƏDV geri qaytarılıb
Bu ilin 9 ayında istehlakçılara 130 mln. manatdan çox ƏDV geri qaytarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
