Azərbaycanda ötənilki büdcənin icrasına dair monitorinqin nəticələri açıqlanıb
Maliyyə Nazirliyi Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələri .
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Monitorinq nəticələri OMXÇ, proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarını əhatə etməklə, qeyd olunan sektorlar üzrə strateji hədəflərin və nəticə göstəricilərinin icra vəziyyəti, tədbirlərin icrası üçün ayrılmış vəsaitlərin istifadəsi, onlar arasında uyğunluğun təhlili, metodoloji tövsiyələr və digər məsələləri əks etdirir.
Sənəd ölkə Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na, “2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Nazirlər Kabinetinin 28 yanvar 2025-ci il tarixli sərəncamına əsasən hazırlanaraq dərc olunur.
Nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilk növbədə strateji planlarla və bu planlarda nəzərdə tutulan strateji məqsəd və hədəflərlə büdcənin uzlaşdırılmasını tələb edir. Bunun üçün büdcə təşkilatlarının xərclərinin ənənəvi (funksional, inzibati və iqtisadi) təsnifatlarla yanaşı, proqram təsnifatı əsasında təsnifləşdirilməsinə zərurət yaranıb. Proqram təsnifatının tətbiqi ilə büdcə xərclərinin proqram və tədbirlər üzrə bölüşdürülməsi büdcənin strateji planla əlaqələndirilməsini asanlaşdırır, eyni zamanda OMXÇ-nin və nəticəəsaslı büdcə mexanizminin tətbiqinə imkan yaradır. Büdcə xərclərinin proqram və tədbirlər əsasında qruplaşdırılması zamanı büdcə təşkilatının göstərdiyi xidmətlər və tədbirlər əsas götürülür.
2024-cü il üzrə sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının icrasına dair monitorinqin nəticələri büdcəxərclərinin funksional təsnifatının sektorlar üzrə strateji planlar və onlar əsasında OMXÇ-nin hazırlanmasına cəlb olunmuş “Təhsil”, “Kənd təsərrüfatı” və“Ətraf mühitin mühafizəsi” sektorları üzrə aparılıb. Monitorinqin nəticələrinin hüquqi çərçivəyə uyğun olaraq hər il iyulun 15-nə qədər İqtisadi Şuraya, iyulun 30-na qədər İqtisadi Şuranın təklif və tövsiyələrini nəzərə almaqla Nazirlər Kabinetinə təqdim edilməsi, avqustun 15-nə qədər nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsi nəzərdə tutulur.
Monitorinqin nəticələri büdcə təşkilatlarına göndərilən formalara uyğun olaraq icraçı təşkilatların təqdim etdiyi məlumatlara əsasən hazırlanıb. Təqdim edilmiş büdcə planlarına daxil olan, lakin nəticə göstəriciləri (indikatorlar)müəyyən edilməyən tədbirlər monitorinq zamanı nəzərə alınmayıb.
Monitorinqin nəticələri ötən ilin dövlət büdcəsinin yenidən baxılmış (dürüstləşdirilmiş) göstəriciləri, dövlət büdcəsindən təşkilatlar üçün ayrılmış büdcə vəsaitləri və həmin təşkilatların tədbirlərin həyata keçirilməsi üçün istifadə etdiyi büdcə vəsaitlərinin faktiki göstəricilərinin müqayisəsi nəzərə alınmaqla hazırlanıb.
Təşkilatların təqdim etdiyi göstəricilər təhlil edilərkən tədbirlər üçün müəyyən olunmuş nəticə göstəricilərinə uyğun olaraq əldə edilməsi hədəflənən nəticələrə nail olma səviyyəsi 100 %-dən artıq olduğu hallarda tədbirlərin effektivliyinin düzgün müəyyən edilməsi məqsədilə həmin göstəricilər 100 % kimi qəbul edilib.
Son illər aparılan müşahidələr göstərir ki, dövlət büdcəsinin icra və proqnoz göstəriciləri arasında kənarlaşma orta hesabla 4 faiz bənd təşkil edir. Bu tendensiyanı nəzərə alaraq monitorinqin nəticələrində qeyd edilən tədbirlərin icra və proqnoz göstəriciləri arasında kənarlaşmanın yol verilən həddi şərti olaraq 4 faiz bənd qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycanın 2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb
Azərbaycanda 47 dövlət qurumu SECO və Dünya Bankının təlimlərinə cəlb edilib
Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji təlimat təsdiqlənib
Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası” təsdiq olunub
Azərbaycanda ötən il 8 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?












