Azərbaycanda 47 dövlət qurumu SECO və Dünya Bankının təlimlərinə cəlb edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda 47 dövlət qurumu SECO və Dünya Bankının təlimlərinə cəlb edilib


Bu gün “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda təlimlərə başlanılıb.

Bu barədə “Sizinxeber.az” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının birgə əməkdaşlığı ilə icra edilən “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilən təlimlərin ilk hissəsi nəzəri-metodoloji əsaslı məsələləri əhatə edir.

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb edilmiş büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Sosial müdafiə və sosial təminat”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlarda fəaliyyəti olan 47 dövlət qurumundan 55 nümayəndə hədəf auditoriyası kimi müəyyən edilərək təlimlərə cəlb edilib.

Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Mərkəzinin təlimçi qrupu tərəfindən fevralın 28-dək keçiriləcək təlimlərdə sektorlar üzrə strateji və büdcə planlarının tərtibi, mövcud və davam edən tədbirlərə, yeni siyasət təşəbbüslərinə dair büdcə sifarişlərinin hazırlanması, fiskal risklərin idarə edilməsi, strateji planların icra vəziyyətinin yoxlanılması, həmçinin icmallaşdırılmış büdcə planlarının monitorinqinin aparılması mövzularına dair nəzəri-metodoloji, habelə məlumat mübadiləsi formalarının izahına, proqram və nəticəəsaslı büdcə mexanizmini prosesual olaraq tənzimləyən metodoloji çərçivə ilə müəyyən edilən digər məsələlərə dair praktiki məşğələlər keçiriləcək.

Bu ilin aprel-iyun aylarında isə praktiki ixtisaslaşdırılmış xüsusi tədris proqramı üzrə interaktiv təlimlərin keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi" mövzusunda təlimə başlanılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi mövzusunda təlimlərə başlanılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 2028-ci ildə büdcə xərclərinin 37 %-i ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər