Maliyyə Nazirliyi banklara qoyduğu depozitdən nə qədər gəlir əldə edəcək? - Cədvəl
sizinxeber.az xəbər saytı

Maliyyə Nazirliyi banklara qoyduğu depozitdən nə qədər gəlir əldə edəcək? - Cədvəl


Bu ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk dəfə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi məqsədilə depozit hərracı keçirilib.

Sizinxeber.az-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, indiyədək bu məqsədlə 14 depozit hərracı təşkil olunub və ümumilikdə 6 milyard 830 milyon manat vəsait banklarda depozit kimi yerləşdirilib.

Qeyd edək ki, həmin depozit hərraclarında banklara yerləşdirilən vəsaitdən ümumilikdə 56.4 milyon manat faiz gəliri formalaşacaq.

Depozit hərracları Depozitin məbləği Depozitin müddəti Orta çəkili faiz dərəcəsi Faiz gəlirləri, mln. manat
11 aprel 2025-ci il 1 mlrd. manat 3 ay 7.21% 18.025
24 aprel 2025-ci il 500 mln. manat 32 gün 7.04% 3.086
21 may 2025-ci il 500 mln. manat 30 gün 6.8% 2.795
26 may 2025-ci il 500 mln. manat 30 gün 6.74% 2.770
03 iyun 2025-ci il 500 mln.manat 30 gün 6.42% 2.638
20 iyun 2025-ci il 500 mln.manat 28 gün 7% 2.685
25 iyun 2025-ci il 500 mln. manat 30 gün 7% 2.685
3 iyul 2025-ci il 500 mln. manat 29 gün 7,25% 2.880
11 iyul 2025-ci il 350 mln. manat 28 gün 7,25% 1.947
11 iyul 2025-ci il 500 mln. manat 90 gün 7,25% 8.938
18 iyul 2025-ci il 500 mln. manat 28 gün 7,25% 2.781
25 iyul 2025-ci il 330 mln.manat 28 gün 7% 1.772
1 avqust 2025-ci il 450 mln. manat 28 gün 7% 2.416
8 avqust 2025-ci il 200 mln. manat 28 gün 7% 1.074

Oxşar xəbərlər

Maliyyə Nazirliyi xəzinə qalığı ilə bağlı növbəti depozit hərracı keçirib
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
Maliyyə Nazirliyi 5 depozit hərracından 29 mln. manatdan çox faiz gəliri əldə edəcək - Cədvəl
Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracları keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər