Kapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyasının ləğvinə başlanılır
Kapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyası ləğv edilə bilər.
Bu barədə "Sizinxeber.az-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, AMB-nin İdarə Heyətinin qərarları ilə bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti üzrə iki yeni normativ sənəd – “Fəaliyyətin prudensial tənzimlənməsi Qaydası” və “Kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilərək qüvvəyə minib. Yeni tələblərə əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün nizamnamə kapitalı və ümumi kapitalın minimum həddi 1 milyon manat, qeyri-kommersiya hüquqi şəxslər üçün isə bu məbləğ 100 min manat müəyyən edilib. Bu dəyişikliklər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi daşıyır.
Kapital tələblərini yerinə yetirməyən mövcud BOKT-lərə Mərkəzi Bank tərəfindən icrası məcburi göstərişlər verilib. Hesabatlara əsasən, əksər təşkilatlar bu tələbləri artıq yerinə yetirib. Lakin kapitalı tələblərə uyğun olmayan bəzi BOKT-lərlə bağlı lisenziyanın ləğvi üçün inzibati tədbirlərə başlanılıb. Bu təşkilatlar barədə ictimaiyyətə əlavə açıqlama veriləcəyi bildirilib.
Mərkəzi Bank qeyd edib ki, BOKT-lərin fəaliyyəti yeni qaydalar əsasında davamlı nəzarətdə saxlanılır. Tələblərə əməl etməyən BOKT-lərə qarşı qanunvericilik çərçivəsində zəruri addımlar atılacaq.
Qeyd edək ki, iyulun 18-də "TBC Kredit" bank olmayan kredit təşkilatının könüllü müraciəti əsasında lisenziyası ləğv edilib. BOKT-nin nizamnamə kapitalı 861 min manat təşkil edib. Bundan əvvəl isə "İcraçı Kredit" BOKT fəaliyyətini dayandırdığını açıqlayıb.
Oxşar xəbərlər
"İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
AMB “Finoko” BOKT-yə və “Sevinc Kredit İttifaqı"na məcburi göstəriş verib
AMB: BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır
AMB: BOKT-lara yeni kapital tələbini yerinə yetirmək üçün 3 ay vaxt verilib - MÜSAHİBƏ
"E-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












