Pakistan rəsmisi: "Azərbaycanın Ali Audit Orqanı nümunəyə çevrilib"
sizinxeber.az xəbər saytı

Pakistan rəsmisi: "Azərbaycanın Ali Audit Orqanı nümunəyə çevrilib"


Azərbaycanın Ali Audit Qurumunun sürətlə inkişaf etməsi onu digər ölkələr üçün bir nümunəyə çevirib.

Bunu "Sizinxeber.az"a açıqlamasında Pakistanın Ali Audit Qurumunun rəhbəri Muhammed Ajmal Gondal bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər digər ölkələr üçün nümunə rolunu oynayır.

“Pakistan və Birləşmiş Ərəb Əmirliklərinin Ali Audit Qurumlarının Beynəlxalq Ali Audit Qurumları Təşkilatının (INTOSAI) İdarə Heyətinə seçilməsi çox xoş, sevindirici hadisədir. Bu, regionun beynəlxalq aləmdə fikirlərini təmsil etməsi baxımından çox önəmlidir”, – deyə o qeyd edib.

Azərbaycan-Pakistan əlaqələrinə toxunan qurum rəhbəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: “Biz bir çox peşəkar işlər görürük. Qarşılıqlı qiymətləndirmə və təhlillər aparmışıq. Azərbaycanın Hesablama Palatasının sədri Pakistana səfər edib və biz əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamışıq. Bu sənəd çərçivəsində təlimlərin təşkil edilməsi, birgə auditlərin aparılması və qarşılıqlı öyrənmə fəaliyyətləri nəzərdə tutulur. Bu əməkdaşlıq çox ümidvericidir”.

Oxşar xəbərlər

Azərbaycan və Cənubi Koreya ali audit sahəsində əməkdaşlığı genişləndirir
Çin Azərbaycanla ali audit sahəsində əməkdaşlığa maraq göstərir
Hindistan rəsmisi: "Azərbaycanın audit üzrə təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"
Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir - FOTO
Svetlana Orlova: Audit qurumları DİM üzrə vahid yanaşma formalaşdırmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər