FES sentyabradək faiz dərəcəsini azalda bilər
sizinxeber.az xəbər saytı

FES sentyabradək faiz dərəcəsini azalda bilər


ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) sentyabr ayına qədər baza faiz dərəcəsini azalda bilər.

"Report"un məlumatına görə, bu barədə Fox News telekanalının efirində ABŞ maliyyə naziri Skott Bessent bildirib.

"Düşünürəm ki, burada meyar kimi rüsumların inflyasiyanı təhrik etməməsidir. Əgər onlar bu meyardan çıxış etməyi planlaşdırırlarsa, düşünürəm ki, bunu (faiz dərəcəsinin azaldılmasını - red.) daha tez də edə bilərlər, yəni sentyabr ayına qədər", - deyə o vurğulayıb.

Xatırladaq ki, iyunun 18-də FES faiz dərəcəsini 4,25-4,5% səviyyəsində saxlamaq qərarına gəlib. Bu, FES-in faiz dərəcəsinin azaldılmasına davamlı çağırış edən ABŞ prezidenti Donald Trampı qəzəbləndirib. O, tənzimləyicinin ABŞ hökumətinin kredit xərclərinin yüksək səviyyədə qalması üçün qəsdən faiz dərəcəsini azaltmadığını iddia edib. FES-in sədri Cerom Pauell öz qərarını Ağ Evin idxal rüsumlarının sərtləşdirilməsi nəticəsində yaranan iqtisadi qeyri-müəyyənliyin artması ilə izah edib. O, həmçinin bildirib ki, Trampın tələblərinə baxmayaraq, FES faiz dərəcəsini azaltmağa tələsmir.

Oxşar xəbərlər

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 4,25 % – 4,5 % səviyyəsində saxlayıb
Tramp: Federal Ehtiyat Sistemi baza dərəcəsini 1% səviyyəsində müəyyən etməlidir
ECB uçot dərəcəsini 4,5 % səviyyəsində saxlayıb
Federal Ehtiyat Sistemi əsas faiz dərəcəsinin dəyişdirilməsinə tələsmir
FED uçot dərəcəsini endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər